Bütün tədbirlər
Buy-to-Let: Vergi, Struktur və Real Gəlirlilik
Onlayn seminar. Şəxsi ad, yoxsa şirkət adına almaq? Stamp duty, gəlir vergisi və illik xərclər çıxıldıqdan sonra əlinizdə nə qalır?
- Tarix
- 5 noyabr 2026
- Saat
- 15:00 – 16:30
- Yer
- Onlayn (Zoom)Qoşulma linki qeydiyyatdan sonra e-poçtunuza göndərilir
Britaniyada kirayə üçün əmlak almağın vergi tərəfi çox vaxt hesablamalardan kənarda qalır. Bu seminarda bir mənzil üzərində sıfırdan sona qədər hesab çıxarırıq.
Müzakirə olunacaq
- Şəxsi mülkiyyət və limited şirkət strukturunun müqayisəsi
- Qeyri-rezidentlər üçün stamp duty əlavəsi
- İllik xərclər: idarəetmə, sığorta, service charge, təmir fondu
- Bir mənzil üzərində nümunə hesablama — brutto və netto gəlirlilik
Seminar 90 dəqiqə çəkir, son 30 dəqiqə suallara ayrılır. Qeyd olunmuş video iştirakçılara göndərilir.
